28.11.2026 - 15:34
Soyuq müharibədən sonra rekord göstərici: Berlin hərbi xərcləri niyə artırdı?
Hərbi xəbər 331 baxış

Soyuq müharibədən sonra rekord göstərici: Berlin hərbi xərcləri niyə artırdı?

Bundestaq Almaniyanın 2027-ci il üçün federal büdcəsini təsdiqləyib. Publika.az xəbər verir ki, sənəddə Ukraynaya dəstək məqsədilə 11,6 milyard avro vəsaitin ayrılması planlaşdırılır.

“Deutschlandfunk” radiostansiyasının yaydığı məlumata görə, ölkənin müdafiə büdcəsi 109,7 milyard avroya qədər artacaq, əlavə olaraq 29,6 milyard avro silahlı qüvvələr üçün yaradılmış xüsusi fonddan təmin ediləcək. Ümumilikdə müdafiə xərcləri təxminən 140 milyard avroya çatacaq ki, bu da Soyuq müharibə dövründən bəri rekord göstəricidir.

Almaniyanın ümumi dövlət xərcləri 556 milyard avronu ötəcək. Büdcə sənədinin lehinə 317, əleyhinə isə 260 deputat səs verib, bitərəf qalan olmayıb. Hakim koalisiyanın nümayəndələri isə büdcənin ayrı-ayrı müddəaları üzrə uzun müddət razılığa gələ bilmirdilər.

Gözləntilərə görə, 2027-ci ildə Almaniyanın yeni borclanmalarının həcmi təxminən 210 milyard avroya çatacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: