28.11.2026 - 11:35
Hərbi xəbər 174 baxış

ABŞ hərbçiləri Britaniyadakı bazaya dron hücumlarını dəf etdi – Müəmmalı detal

İngiltərənin şərqində yerləşən Saffolk qraflığındaki Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin Leykenhit aviabazası dron hücumuna məruz qalıb.

Publika.az-ın xəbərinə görə, aviabazada yerləşən ABŞ hərbçiləri altıdan çox pilotsuz uçuş aparatının hücumunu dəf ediblər. Bu zaman ABŞ-ın xüsusi antidron texnologiyalarından istifadə edilib.

Agentliyin məlumatına əsasən, hücumun qarşısını almaq üçün tətbiq olunan texnologiyalar effektli olsa da, maraqlıdır ki, nə Britaniya, nə də ABŞ mütəxəssisləri vurulan dronların mənbəyini müəyyən edə bilməyiblər.

Hadisə ilə bağlı rəsmi açıqlama hələlik verilməyib. Xatırladaq ki, noyabrın 14-də də Leykenhit bazası üzərində pilotsuz uçuş aparatları qeydə alınmış və “şübhəli və icazəsiz dron fəallığı” səbəbindən ABŞ hərbi personalı sığınacaqlara köçürülmüşdü.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: