Pakistan Hindistanın iki hərbi təyyarəsini vurdu – Hər an müharibə başlaya bilər (Video)
Pakistan Cammu Kəşmir bölgəsində Hindistan HHQ-yə məxsus hərbi təyyarəni vurub.
Avropa.info xəbər verir ki, Pakistan ordusu iki Hindistan təyyarəsini vurduğunu, onlardan birinin yerə düşməsi barədə məlumat yayıb. PTİ xəbər agentliyi Qarend Kalaan kəndi yaxınlığında yerli vaxtla saat 10:00-da açıq əraziyə düşən təyyarənin ikiyə parçalandığını və alovlandığını bildirib. Hadisə zamanı 2 pilot və 1 mülki şəxsin həyatını itirdiyi bildirilir.
Pakistan Hindistanla münaqişəni qızışdırmaq istəmıədiyini, lakin məcbur qaldıqları təqdirdə hər şeyə hazır olduqlarını bildiriblər.
Hindistan mətbuatının yaydığı xəbərə görə, Pakistan HHQ-ə məxsus F-16 tipli üç döyüş təyyarəsinin bu səhər Cammu Kəşmirin Novşera bölgəsində uçduğu müəyyən edilib.
Xatırladaq ki. Hindistan Kəşmir regionunun nəzarət xəttindən Pakistan tərəfindəki “Ceyş-i Məhəmməd” qruplaşmasına aid düşərgəyə hava hücumu təşkil etmişdi.
Pakistan SQ-nin mətbuat üzrə nümayəndəsi general-mayor Asif Qafur hind döyüş təyyarələrinin Kəşmir nəzarət xəttində Müzəffərabad bölgəsində Pakistan sərhədlərini pozduğunu, 5-6 km içəri daxil olan təyyarələrin birinin Pakistan hərbi təyyarələrinin müdaxiləsindən sonra təcili şəkildə bomba ataraq geri uçduğunu açıqlamışdı.
https://www.youtube.com/watch?v=fnZnoSo3Wuk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yerə yaxınlaşan təhlükə: Cəmi 35 dəqiqədə hər şey məhv olacaq?
CNN: "Taliban" Əfqanıstanın sabiq prezidentini ev dustağı edib"
Əsl sevginin nə olduğunu göstərən 3000 illik qalıntı – FOTO
Almaniya Navalnının analiz nəticələrini Rusiyaya göndərməkdən imtina etdi
Türk ordusundan terrorçulara növbəti zərbə
İranda qadın futbol azarkeşi özünə qəsd edib
Rusiyaya qarşı rus - Sırski kimdir...