25.09.2026 - 00:55
Siyasət 484 baxış

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, NATO çərçivəsində müttəfiqidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Afina arasındakı münasibətlərin iki ölkənin daxili siyasi proseslərinə alət edilməməli olduğunu bildirib.

Minval.İnfo xəbər erir ki, Ərdoğan bunu BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda jurnalistlərlə görüşü zamanı deyib.

Türkiyə lideri qeyd edib ki, Ankara Yunanıstanda keçirilən seçkilər və ya ölkədə hökumət və müxalifətin dəyişməsi kimi daxili siyasi proseslərlə maraqlanmır.

“Yunanıstanda seçki keçirilə, hökumət dəyişə, müxalifət dəyişə bilər. Bunlar bizim məsələmiz deyil”, – Ərdoğan vurğulayıb.

O bildirib ki, Türkiyə üçün əsas prioritet ölkənin hüquq və təhlükəsizliyinin qorunması, eləcə də Egey və Şərqi Aralıq dənizində sülh və sabitliyin təmin edilməsidir.

Ərdoğan iki ölkə arasındakı münasibətlərə də toxunaraq Türkiyənin Yunanıstanı düşmən deyil, qonşu və NATO çərçivəsində müttəfiq hesab etdiyini deyib.

“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur, NATO çətiri altında müttəfiqidir. İki ölkə arasındakı münasibətlər seçki materialına çevrilməyəcək qədər həssas və mühümdür”, – deyə Türkiyə Prezidenti bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: