“Özümü öldürmək istəyirdim” - Aygünlə duet oxuyan sabiq nazir oğlu
Azərbaycanın keçmiş Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyevin oğlu Murad Quliyev “Azadlıq radiosu”nun feysbuk səhifəsinin canlı yayımında qonaq olub.
“Qafqazinfo” xəbər verir ki, hazırda ABŞ-da yaşayan sabiq nazir oğlu özü ilə bağlı maraqlı məqamları açıqlayıb.
“Atam nazir olsa da, imkanımız yaxşı deyildi. Uşaqlığım nazir balası kimi keçməyib” deyən Murad Quliyev vaxtı ilə intihar etmək istədiyini də dilə gətirib:
“Özümə qəsd etmək istəyirdim. Getdim Bulvara. Orda bir az dayanıb düşündüm. Birdən ayıldım ki, belə addım atmaq lazım deyil. Və bunda sonra öz məqsədimə çatacağıma dair özümə söz verdim. Məqsədim o idi ki, heç kimin qarşısında əyilməyəcəm. Buna görə də heç kimin qapısını döyməmişəm. Getdim ticarətlə məşğul oldum. Mən məktəbdə oxuyanda BƏƏ-yə uçan ilk gənclərdən olmuşam. Xırda ticarətlə məşğul oldum. Maşınımı öz pulumla almışam. Avtomobili alanda gözümdən yaş gəldi”.
5 ildir ABŞ-da yaşan Murad Quliyev reper kimi də özünü sınayıb. O, Azərbaycanın Xalq artisti Aygün Kazımova ilə duet oxuyub. Quliyev Kazımova ilə birgə “Tənha qadın” mahnısını ifa edib.
https://youtu.be/R0eArktRdOc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədən gələn avtobus Şəmkirdə qəzaya uğradı - Ölən və yaralananlar var
Çirkli seçki oyunu – namizədlərə, yoxsa Azərbaycana qarşı?
Öz qatarını gözləmək…
Paşinyanın xanımı ölən əsgərin anası ağlayarkən telefonla oynadı - Foto
Sentyabrın 15-də ibtidai sinif şagirdləri dərsə gedəcək
Bürclər - 17 may
Şamaxıda dəhşətli qəza, ölənlər var