Özbəkistan Prezidenti: “Nəqliyyat əlaqələri türkdilli dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcək”
“Biz Türk Şurası gənc iş adamlarının forumunu təşkil etmək və forumun ilk iclasının gələn il Özbəkistanda keçirilməsini təklif edirik”.
APA-nın xəbərinə görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə çıxışı zamanı deyib.
Türkdilli dövlətlərin ortaq investisiya fondunun da yaradılmasını təklif etdiklərini bildirən Özbəkistan Prezidenti Bakı – Tbilisi – Qars dəmiryolu xəttindən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb.
“Nəqliyyat, loqistika əlaqələrinin inkişafı ölkələr arasında münasibətlərin irəliləməsinə töhfə verəcək, eyni zamanda Özbəkistanın şəhərlərini Avropaya daha da yaxınlaşdıracaq”, – deyə Ş. Mirziyoyev qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahunun oğlu İsraildəki ərəb partilərini tənqid etdi
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Ərdoğan: Türk dünyasının ailə fotoşəkilində ayrılığa yer yoxdur
Paşinyan istefa üçün şərtini açıqladı
Mahmud Abbasın Yunan Kiprinə səfəri: siyasi əlaqələrdə yeni dönüş
İsraildə kritik seçki sonrası siyasi düyün: son vəziyyət
Rusiya Afrikada səfirliklərin sayını 48-ə çatdırıb