Orduya könüllü getmək istəyən 17 minə yaxın şəxs Müdafiə Nazirliyinə müraciət edib
Düşmən tərəfi döyüşlər zamanı hansısa tankımızın vurulması, “Qrad” yaylım atəş sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayırdılar.
“Minval” xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı düşmənin bu cür dezinformasiyalarına inanmamağa çağırıb: “Müdafiə Nazirliyinin məlumatlarının ictimaiyyətə çatdırılmasında mühüm rolu olan media nümayəndələrinə təşəkkür edirik. 2016-cı ilin aprelindəki əməliyyatlarda olduğu kimi, Müdafiə Nazirliyinin elektron poçt ünvanına on minlərlə müraciət daxil olub. Bu günədək Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub. Eyni zamanda, vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, müraciətlər Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmalıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib