Ordumuz Tovuz döyüşlərində ermənilərin silah anbarını belə vurub - VİDEO
İyul ayının ortalarında Tovuz rayonu istiqamətində – Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər zamanı Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun tabeliyindəki 540-cı atıcı alayın qərargah binası və sursat anbarı da məhv edilib.
Minval.info azeridefens.com-a istinadən xəbər verir ki, bu günlərdə yayımlanan peyk görüntülərinin video analizində bu aydın görünür.
“Google Maps” üzərindən hərbi hissənin xaç şəkilli binası və sursat anbarındakı böyük dağıntı izlərini görmək mümkündür.
Məlumatlara görə, “Harop” kamikadze PUA-sı ilə vurulan sursat anbarı cəbhə xəttinin 7 km dərinliyində yerləşir.
Qeyd edək ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin aprel döyüşlərində həyata keçirilən “Harop” atışları zamanı da düşmənə ağır zərbələr vurulmuş, çox sayda canlı qüvvə, hərbi texnika və komanda-idarəetmə məntəqəsi daxil olmaqla hərbi obyektləri məhv edilmişdi.
https://youtu.be/w26DkTB0eS0
ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib