“Onların yeni bitirmiş məzunları işəgötürmək kimi bir öhdəlikləri yoxdur" - Rektor
“İşəgötürənlərin ali təhsil müəssisələrini yenicə bitirmiş məzunlarını işə qəbul etmək kimi bir öhdəlikləri yoxdur. Amma, işəgötürənlərin hamısı savadlı, bacarıqlı, səriştəli mütəxəssislərə ehtiyac duyduğunu bildirirlər. Həqiqət həm də ondan ibarətdir ki, ali təhsil müəssisələri də öz məzunlarının işə qəbul edilməsində ən çox marağı olan tərəfdir. Axı bu həm də, ali təhsil müəssisələrində təhsilin keyfiyyət göstəricilərindən ən vacibidir. Yəni, işəgötürənlər onların tələblərinə cavab verən mütəxəssisləri işə qəbul etməyə hazır olduğunu, ali təhsil müəssisələri isə işəgötürənlərin tələblərinə cavab verən mütəxəssislər hazırlamaq iqtidarında olduğunu bildirirlər. Başqa sözlə, işəgötürənlərin və ali təhsil müəssisələrinin maraqları üst-üstə düşür, amma reallıqda bu, problem olaraq qalır”.
Bu fikri Bakupost.az -a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.
Rektorun fikrincə, əsas problem ondan ibarətdir ki, “yaxşı mütəxəssis” meyarlarının müəyyən edilməsinə işəgötürənlər və ali təhsil müəssisələri arasında fərqli baxış var. Eləcə də, əmək bazarının müasir tələblərə cavab verməyən seqmentlərinin də mövcudluğu hamıya bəllidir və universitetlər həmin seqment üçün də mütəxəssis hazırlığı həyata keçirməlidirmi sualı da cavab axtarır? Dövlət təşkilatları və dövlət müəssisələri yanında kadr hazırlığı, ixtisas artırması, yenidən hazırlığı və bu qəbildən olan tədris müəssisələrinin mövcudluğu bu sahədə bazar münasibətlərinin, yəni işəgötürənlərin sifarişi əsasında təhsil müəssisələri tərəfindən mütəxəssis hazırlığlı sisteminin formalaşmasına mane olmurmu? Bu kimi suallar çoxdur və istisnasız olaraq onların hamısının cavabı var. Həmin cavabları tapmaq üçün işəgötürənlər və ali təhsil müəssisələri arasında açıq və ciddi müzakirələrə ehtiyac var:
“Digər məsələ isə, ali təhsil müəssisələrində təkcə “iş axtaranlar” deyil, həm də və bəlkə də daha çox “iş yeri yaradanlar” yetişdirilməsidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Konqoda Ebola təhlükəsi: Yoluxma sürətlə artır
Birinci sinfə gecikənlər üçün qəbul yenidən başlayır
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Kolleclərə qəbul: 976 abituriyent uğur qazandı
Məktəblərdə fərdi yanaşma yox, vahid protokol!
Finlandiyalı fenomen estetik əməliyyatda həyatını itirdi
Peşə məktəblərinə qəbulun son şansı başladı