"Onları gördükcə elə bilirdim qolumu kəsirlər"
“Nə qədər yuxuda Qarabağı görərdik, nə qədər muğamımızın içində bənzətmələr edərdik… Rayonlara gedəndə gözəl yer görən kimi Qarabağa oxşadırdıq. Şəhidlər önündə diz çökür, məzarını öpürük. Tarix yazdılar, qazilərə təşəkkür edirəm”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Babək Niftəliyev “Qarabağ sədası” proqramında deyib.Kəlbəcərdən olan müğənni sevinc hisslərini bölüşüb:
“Kəlbəcəri dağıdıb, talayıblar. 30 ildə Kəlbəcərdə heç nə qoymayıblar qalsın. Ağacları necə yandırırdılar. Bunlara ürək ağrısı ilə baxıram. Orada yaşayanda biz də həyətimizdə ağaclar əkmişdik. İndi onlar ağacları kəsib aparanda elə bilirdim qolumu kəsirdilər.
44 gün müharibə ərəfəsində orada oldum. Nələr gördüm… Amma şükür, bitdi… Bir vaxtlar insanlar körpə uşaqlarını sinəsinə basıb gəlib. Bizim körpəliyimiz olmadı. İndi həmin körpələr tank belində gedib Kəlbəcəri, digər yerləri aldılar.
Hava çox şaxtalı, soyuqdur. Adam bir dəqiqə dayana bilmir. Amma bizim qardaşlar necə vətəni qoruyurlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nəvələrini kəndirlə boğub... - Özünü asan nənəylə bağlı rəsmi açıqlama
“Kubinka”da heroin satan “Bibi”dən etiraflar - VİDEO
Aparıcıya nazirlikdə vəzifə verildi
Bakıda güllələnən kriminal avtoritetin FOTOLARI
Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI
Bu şəxslərin pensiyaları yeni qaydada hesablanacaq
Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır - RƏSMİ