Ona siqaret verməyən böyük bacısını balta ilə doğrayıb zibilliyə atdı - Yasamalda dəhşətli qətl
“Ölkə.Az” xəbər verir ki, ruhi xəstə Laura Qasımova həbsdən azad olunması üçün Sabunçu rayon Məhkəməsinə müraciət edib. Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında cəza çəkən L.Qasımovanın məhkəmə prosesi fevral ayının 21-də hakim Süleyman Ağayevin sədrliyi ilə keçiriləcək.
İttihama görə, 2009-cu il dekabrın 3-də Bakının Yasamal rayonu, H.Zərdabi küçəsindəki 73 nömrəli evdə yaşayan, 1969-cu il təvəllüdlü ruhi xəstə Laura Bahadır qızı Qasımova özündən böyük bacısı Nərgiz Qasımovanın başını balta ilə kəsib. Sonra isə onu doğrayaraq torbaya doldurub və zibilliyə atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin L.Qasımova tərəfindən törədildiyini müəyyənləşdirib. O, ilkin istintaq zamanı ifadəsində hadisəni siqaret üstündə törətdiyini etiraf edib. L.Qasımova bacısından siqaret istəyib. N.Qasımova siqaret vermədiyinə görə bacısı onu öldürüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi
