Ölü atları dirəkdən asan şəxsə cinayət işi açıldı
Bir müddət əvvəl Daşkəsən rayonunun Xoşbulaq qəsəbəsində atların öldürülərək dirəkdən asılması ilə bağlı internet saytlarında və sosial şəbəkələrdə yayılan fotoşəkillərlə əlaqədar Daşkəsən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 258-ci (qanunsuz ov etmə) maddəsi ilə cinayət işi açılıb.
“Qafqazinfo”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törətmiş Xoşbulaq qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rafiq Allahyarov saxlanılıb.
Məlum olub ki, cari ilin mart ayında qəsəbə sakini Zabil İbrahimova məxsus atlar canavarlar tərəfindən parçalandıqdan sonra onun həmyerlisi Rafiq Allahyarov adıçəkilən yırtıcı heyvanları cəlb edib məhv etmək məqsədilə ölmüş atların cəsədlərini dirəkdən asıb.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var