Ölkə ərazisində hava soyuyacaq
Bir necə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan yanvarın 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin saniyədə 15-18 metrdən arabir 20-23 m/s-dək güclənəcəyi, ciskin olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, yanvarın 4-ü gündüzdən yanvarın 5-i gündüzədək arabir yağış yağacağı gözlənilir.
“Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, yanvarın 2-si axşamdan yanvarın 5-i gündüzədək hava şəratinin qeyri-sabit kecəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 2-də və 3-də gündüz qərb küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var”, – deyə o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Rang Rover"lə 2 nəfərin ölümünə səbəb olan polis əməkdaşı hakim qarşısında
Baş Nazir icra başçılarına çağırış etdi
Bir qrup deputatın koronavirus testinin nəticəsi məlum oldu SİYAHI
“Şərurlu İsfəndiyar” təhqiramiz sözlərinin girovuna çevrilib
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
Bu şəxslər ali məktəblərə müsabiqəsiz qəbul olunacaq