Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb
İyulun 12-si səhərədək ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağışın miqdarı Kişçayda (Şəki) 51, Şəmkirdə 30, Sarıbaşda (Qax) 24, Mingəçevirdə 18, Zərdabda 12, Gəncədə 11, Daşkəsəndə 8, Tovuzda 7, Şəkidə 6, Şamaxıda 5, Ceyrançöl, Göy-göl, Zaqatala, Yevlax, Qazımməmməd, Lerikdə 4, Tərtər, Bərdə, Naftalan, Mərəzə, Qubada 3, Qrız, Ağstafa, Ordubad, Göyçay, Sabirabadda 2, Kürdəmir, Xınalıq, Şahdağ, Gədəbəy, Qəbələ, Qusar, Xaltan, Bakıda 1 mm olub.
İyulun 11-i saat 18:20-19:47 radələrində Daşkəsən rayonu ərazisində yerləşən Dəstəfurçayın Qaraqollar və Əyriçayın Başdaşağıl məntəqələrindən leysan yağış nəticəsində sel keçib.
Havanın temperaturu iqlim normasından 1 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32, aran rayonlarında 31-36, dağlıq rayonlarda 16-19, Naxçıvan MR-da 30-34 dərəcə isti olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?