Ölkədə dəhşətli qəza: Nazirlik əməkdaşı və həyat yoldaşı ilə birlikdə 6 nəfər öldü
Ağsu rayonunun Muradlı kəndi ərazisində “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, 1 nəfər isə xəsarət alıb.
Ölənlərdən ikisinin adları müəyyənləşib.
Minval.İnfo-nun Trend-ə istinadən verdiyi məlumata görə, həlak olanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Mərkəzinin Ağsu rayon şöbəsinin əməkdaşıdır.
O, Ağsu rayon sakini, 1962-ci il təvəllüdlü İsmiyev Temirşah Sirac oğludur. Hadisə nəticəsində həlak olan digər şəxs T.İsmiyevin həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızıdır.
Hadisə nəticəsində həlak olan digər 4 nəfər isə Siyəzən rayon sakinləridir və hələlik onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı