Ölkədə bənzəri görünməmiş seçki kampaniyası: Rauf Arifoğlunun seçicilərlə möhtəşəm görüşübaş tutdu - FOTOSESSİYA
Azərbaycanda fevralın 9-da baş tutacaq parlament seçkiləri öncəsi təşviqat kampaniyası çərçivəsində ölkə üzrə ən möhtəşəm görüş baş tutub.
35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlunun yanvar ayının 26-da 265 saylı orta məktəbin stadionunda minlərlə seçicinin iştirakı ilə görüşü baş tutub.
Görüşün keçirildiyi İnqilab İsmayılov küçəsinin lövhə adını daşıdığı Milli Qəhrəmanın xanımı Gülzar Orucova çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib, onun vətənin və xalqının layiqli bir övladı olduğunu vurğulayıb. Seçiciləri isə fevralın 9-da məntəqələrə gedərək, Rauf Arifoğluna səs verməyə çağırıb.
Sabiq maliyyə naziri, professor Saleh Məmmədov da vurğulayıb ki, Rauf Arifoğlunun seçki platformasının Azərbaycanın inkişafına və seçicilərin problemlərinin həllinə yönəlib.
Tanınmış jurnalist Seymur Verdizadə qeyd edib ki, seçicilərin hər zaman əlçatan olan, parlamentdə sözünü deyə bilən, məhz Rauf Arifoğlu kimi bir deputata ehtiyacı var.
Tanınmış həkim Seyfəddin Əsəd isə vətəndaşlara üz tutaraq onları haqlarını müdafiə edən, problemlərinin həllinə dəstək ola biləcək namizədə səs verməyə dəvət edib.
Tanınmış aparıcı Turan İbrahimov da Rauf Arifoğlu kimi namizədi olduğu üçün 35 saylı Xətai üçüncü seçki dairəsində yaşayanları şanslı vətəndaşlar adlandırıb və onu seçməkdə böyük bir dost qazanacaqlarını bildirib.
Seçicilər də söz alaraq Rauf Arifoğlunun bu günə qədər gördüyü işləri yüksək qiymətləndirib, ona səs verəcəklərini açıqlayıblar.
Görüş tanınmış sənətçilərin ifasında vətənpərvər musiqi parçalarından ibarət konsert proqramı ilə davam edib.
Musavat.com








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zakir Qaralovun şirkəti məhkəməyə verildi
Bir sıra gəlirlər vergidən azad edildi
Sabaha olan hava proqnozu
Bakının əsas prospektlərindən biri bağlandı - Böyük tıxac
İlham Əliyevdən kreditlərlə bağlı - FƏRMAN
Hava ilə bağlı xəbərdarlıq edildi