“Öldürməkdən həzz alıram” deyən qadın polkovnik məhv edildi
Qondarma “dxr”-in qadın polkovnik-leytenantı, “Korsa” ləqəbli Olqa Kaçuranın öldürülməsi ilə bağlı bir sıra detallar məlum olub.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, rus komandirlərlə görüşdən gələn Kaçuranın avtomobili Verxnetoretski yaxınlığında tank əleyhinə raketdən açılan atəş nəticəsində məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Rusiya ordusunun 6 komandirinin və daha 5 hərbçisinin də öldürüldüyü bildirilir.
Məlumatda qeyd olunur ki, Kaçura əslən Ukraynadan olsa da, Rusiyanın dəstəklədiyi separatçılar tərəfdən döyüşüb. Ukrayna kəşfiyyatının məlumatına görə, Kaçura 2014-cü ildən qondarma “dnr”-in ordu sıralarına qoşulub və həmin vaxt onlarla dinc sakini qətlə yetirib.
Qəzet yazır ki, 52 yaşlı polkovnik-leytenant tez-tez Rusiyanın televiziya kanallarında ukraynalıları öldürməkdən necə həzz aldığıyla bağlı çıxışlar edirmiş.
Həmçinin qeyd olunur ki, Kaçura Putinin müharibədə öldürülən ilk qadın zabitidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu
Kanada və Ukrayna arasında 350 milyon dollarlıq anlaşma
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü
Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Ebola Konqoda 3 mindən çox can aldı