“O mesajı Cəmilə yaza bilməz”- İtkin qadının bacısı
“Bacım 6 gündür ki, itkin düşüb. İtkin düşəndən sonra Xırdalandakı polis bölməsinə də müraciət etmişik. Ancaq bu günə kimi bizə məlumat verən yoxdur”.
Bunu “Qafqazinfo”ya açıqlamasında itkin düşən Əliyeva Cəmilə Tehran qızının bacısı Elnarə Arı deyib. O qeyd edib ki, bacısının həyat yoldaşının iddiasına görə, Cəmilənin evdə olmadığını səhər saatlarında görüb: “Xırdalanda 28 May küçəsində kirayə qalırdılar. Bacımın 30 yaşı var, 11 ildir ki, evlidirlər. Bir oğlu var. Hazırda oğlu bizimlə qalır. Heç vaxt belə halla rastlaşmamışıq. Cəmilənin həyat yoldaşıyla tez-tez davaları olurdu. Əsasən davalar ev və işsizlik məsələlərinə görə baş verirdi. Bacım işləmirdi”.
Bacının iddiasına görə, polisə ərizə ilə müraciət etsələr də, məsələyə biganə yanaşılır: “İtəndən sonra bibim qızına bir mesaj gəlib. Yazılıb ki, “məni axtarmayın”. Ancaq o mesaj Cəmilənin yazı stili deyil. Çox savadsızcasına yazılıb. Onun telefonunu yoldaşı evdən çıxmadan bir gün əvvəl sındırıb. Bizə də qaranlıq qalan odur ki, mesajı həmin nömrədən həqiqətən Cəmilə yazıb, yoxsa yox. Amma gələn mesaj onun mesajı ola bilməz. Hazırda onun nömrəsinə zəng çatmır”.
C. Əliyevanı görənlərdən aşağıdakı nömrəylə əlaqə saxlamaları xahiş edilir:
(055) 728 57 92


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni nazir təyinatı
Çobanlar arasında it üstündə düşən mübahisənin qanlı sonluğu
Efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir - AÇIQLAMA
Neftin qiyməti üç illik rekordu qırdı
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Bakıda yanğın olub
Ali Məhkəmə Vidadi Muradovun əmlakı ilə bağlı qərarı elan edib