“O, bilir ki, sabah onu Gəncədə qəhrəman kimi qəbul edəcəklər”

İlham İsmayıl Gəncənin icra başçısını yaralayan şəxsə qarşı yumşaq qərarların olmayacağını deyir
“Yunis Səfərov qəhrəman olmaq istəyib”. Bu sözləri “Yeni Müsavat”ın canlı yayımına qatılan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib.
Musavat.com xəbər verir ki, İ.İsmayıl Gəncə icra başçısı Elmar Vəliyevi güllələyən Y.Səfərovun qəhrəman kimi qəbul edilməsinə münasibət bildirib. Deyib ki, əgər bu şəxs Gəncədəki hər hansı müəllimi qətlə yetirsəydi, hər kəs onu lənətləyərdi. Amma gəncəlilərə əziyyət verən bir şəxsə sui-qəsd etməsi məsələnin rəngini dəyişdirir: “Xalq qaçağa hər zaman sahib çıxır. Bu adam cinayətkardır, perspektivli “vor zakon”dur. Bu, gənclərə pis nümunədir. Amma başqalarına profilaktikadır”.
İ.İsmayıl Y.Səfərovu gözləyən cəzadan da danışıb. Deyib ki, sözügedən motivdən irəli gələn ittiham var: “Deməzdim ki, yumşaq qərarlar qəbul olunacaq. Söhbət dövlət məmurundan gedir. Profilaktika və görk olmalıdır. Yunis Səfərov atəş açandan sonra qaça bilərdi, amma qaçmayıb. Görünür, bu adam davam edib və qaçmaq planını fikirləşməyib. Eyni zamanda qəhrəman olmaq istəyib. O, bilir ki, sabah onu Gəncədə qəhrəman kimi qəbul edəcəklər. Çünki şəhərdəki narazılığın səviyyəsini bilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...