Nüşabə Ələsgərli polisə çağırılması — XƏBƏRİNDƏN DANIŞDI
Əməkdar artist Nüşabə Ələsgərli polisə çağırılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Sənətçi “Ölkə.Az”-ın əməkdaşı ilə söhbətində bildirib ki, hazırda xaricdədir:
“Mən də xəbərləri dost-tanışdan eşitmişəm. Hazırda xaricdəyəm və polisə çağırılmamışam”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, M.Ağayevin keçmiş kürəkəni Taleh Hüseynov bu iddiayla çıxış etmişdi: “Manaf Ağayevin qızından boşanandan sonra onun göstərişi ilə şou-biznesdəki dostları tərəfindən təzyiqlərə məruz qaldım. Bunlardan biri də Nüşabə Ələsgərli idi ki, mənə dəfələrlə sərt təzyiqlər göstərirdi. Müəyyən insanların vasitəsilə mənim “başıma oyun açacağı” və ciddi problemlər yaradacağı ilə hədə-qorxu gəlirdi. Bu təzyiqlər mən polisə müraciət edənədək davam etdi. Məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etdim. Nüşabə Ələsgərli Nəsimi rayon Polis İdarəsinə çağırıldı. İzahatı alındıqdan sonra sərbəst buraxıldı”.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, məlumatlarda iddia olunan müğənni Manaf Ağayevin keçmiş kürəkəninin şikayəti əsasında N.Ələsgərlinin Nəsimi Rayon Polis İdarəsinə dəvət olunması ilə bağlı yazılan məlumatlar həqiqəti əks etdirmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda