"Noyabrın 7-də Şuşaya “İsgəndər” raketi atdıq" - Ermənilərdən etiraf
44 günlük İkinci Qarabağ Savaşı əsnasında sürəkli olaraq “Azərbaycan ordusu Şuşanı fasiləsiz bombalayır, raketlərlə vurur” açıqlamaları ilə çıxış edən Ermənistan rəsmilərinin ağ yalan danışdıqlarını elə özləri etiraf ediblər.
Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət idarəsinin sabiq rəisi Movses Hakopyan demişdi ki, müharibə günlərində erməni tərəfi “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə edib.
“Bilirəm ki, “İsgəndər”dən istifadə olunub, amma harada, hansı istiqamətdəki hədəfə qarşı – deyə bilmərəm”, – M.Hakopyan söyləyib.
Ermənistandakı “Adekvad” siyasi hərəkatının lideri Artur Danielyan isə bəyan edib ki, Ermənistanın Müdafiə Nazirliyi “İsgəndər”dən noyabrın 7-də istifadə edib.
“Raket həmin gün səhər 09.00-da Şuşaya atılmışdı. Guya azərbaycanlı hərbçiləri vurmaq istəyiblər. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb”, – A.Danielyan bildirib (Milli.az).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Etibar Pirverdiyevin 1 milyon manatlıq at sevdası - ŞOK FAKTLAR
Özbəkistan parlamentindən Qaraqalpaqıstanın statusu ilə bağlı QƏRAR
Bağçada uşaqları döyən tərbiyəçi azadlığa buraxıldı - VİDEO
Cavanşir Feyziyevin mandatının ləğv edilməsi üçün hüquqi əsaslar
Azərbaycanda DƏHŞƏT – Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi - Foto
“Azərbaycan əxlaqına ziddir” - Xalq artisti “Qaynana” haqda
Monika yarıçılpaq poz verdi - Fotolar