Novxanıda attraksionda ölümə nə səbəb olub? - Təfərrüat

Novxanıda yerləşən “Aqua Park” əyləncə mərkəzində ölüm hadisəsi baş verib.
Əyləncə mərkəzində olan attraksionda insanlar arasında toqquşma baş verib və bir nəfər həyatını itirib.
Minval.İnfo xəbər verir ki, əyləncə mərkəzinin meneceri Sevinc Rəşidova Lent.az-a bildirib ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları var və məsələni araşdırırlar:
“Bizi yaxına buraxmırlar. Ona görə ölən şəxsin kimliyi bilmirəm. Mərhumu morqa aparıblar. Bildiyimiz odur ki, Azərbaycan vətəndaşıdır. Bizə belə bir məlumat daxil olub ki, həmin şəxsin hər hansısa bir xəstələliyi, konkret olaraq qıc olması olub”.
Menecer onu da qeyd edib ki, istirahətə gələn şəxslərin toqquşmasından söhbət gedə bilməz: “Toqquşma halı ola bilməz. Bizdə hər yerdə- yuxarıda və aşağıda nəzarət var. Hazırda nəzarətçilər hüquq-mühafizə orqanı nümayəndələri tərəfindən dindirilirlər”.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə isə, əyləncə mərkəzində istirahət edən 1983-cü il təvəllüdlü Zamiq Nağıyev attraksiondan yıxılaraq ölüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tərtərdə hərbi hissəyə hücum edib əsgəri öldürmüşdü - DTX belə saxladı+Video
Rəsulzadənin barelyefini bələdiyyə "oğurlayıbmış"
Fədayə Laçın məhkəmədən vaxt istəyib
Sosioloqdan həyəcan təbili - Bu, insanları intihara sürükləyir
Balaca kəndin böyük problemi: Bir dayanacaq qədər yaxın olan həll yolu
Azərbaycandakı erməni əsir: Evə qayıtmağıma kömək edin – Video