Novruz Məmmədova yeni vəzifə verildi

Bu gün Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Dövlət Neft Fondundan Minval.İnfo-ya verilən məlumata görə, baş nazir Novruz Məmmədov Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.
Məlumatda bildirilib ki, iclasda Dövlət Neft Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2017-ci il büdcəsinin icrası və Fondun 2018-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.
Müşahidə Şurası ARDNF-nin İcraçı direktorunun təqdim etdiyi Fondun 2017-ci ildə fəaliyyəti haqqında illik hesabatı, 2017-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib, ARDNF-nin 2017-ci il büdcəsinin icrası layihəsinin və ARDNF-nin 2018-ci il büdcəsindəki dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 4 aylıq uşaq müəmmalı şəkildə ölüb
Çimərliklərdə ilan qorxusu: su ilanlarıdır, insanlar onları narahat edir
Türkiyədə ilk dəniz taksisi sınaq səfərlərinə başlayıb
Vasif Talıbovun oğluna vəzifə verildi - FOTOFAKT
Bakı üzrə koronavirusa yoluxmanın yüksək olduğu rayon açıqlandı - RƏSMİ
Bakıda otel rəhbəri müəmmalı şəkildə öldü