Novruz bayramında 9 gün ardıcıl qeyri-iş günü olacaq
Bu il Novruz bayramı ilə əlaqədar ölkə ərazisində 9 gün qeyri-iş günü olacaq.
“Minval.İnfo”nun məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri kimi müəyyən edilib.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərarına əsasən, həftələrarası istirahət günləri iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə iş və istirahət günlərinin tarixləri dəyişdirilir.
Bu il də martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən martın 25 və 26-sı da qeyri-iş günü olacaq. Martın 27 və 28-i isə həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq, 9 gün, yəni 20-28 mart qeyri-iş günü olacaq.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənilər Laçında 10 metrlik "yolka" quraşdırdılar - FOTOLAR
"İnkubator cücələri kimi bir-birimizə oxşayırıq" - Aygün Kazımova
Türkiyədə imtahansız necə oxumaq olar? - CAVAB
Bakıda dezinfeksiya işləri aparılır
Hacı Qalibin adı yenə mülk qalmaqalında - təfərrüat
“Misli” SÜR-PRİZLƏR Mövsümü – İlk tirajın nəticələri
İlham Əliyevdən yeni təyinat - O KİMDİR?