Növbəti Qarabağ mitinqinin vaxtı təyin edildi
Bu gün Qarabağ Komitəsinin iclasında növbəti Qarabağ mitinqi ilə bağlı müzakirələr keçirilib.
Bu barədə musavat.com-a Qarabağ Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Müzakirələrdə İsgəndər Həmidov, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Akif Nağı, Tural Abbaslı, Aydın Şükür, Əvəz Zeynallı, Sahib Musayev, Şakir Abbas, İlqar Əli, Rəşid Nazim, Yusif Süleymanlı, Əlövsət Sadıqlı, Rövşən Məmmədli, Həsən Həsənov və digərləri çıxış edərək təkliflərini veriblər. Komitə üzvləri mitinqlərin davamlı olmasının vacibliyini qeyd edib və növbəti mitinqin 24 noyabr 2018-ci il tarixə təyin olunması ilə bağlı qərar qəbul ediblər. Mitinqlə bağlı gələn həftə ərzində Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.
İclasda təşkilati məsələlərə də baxılıb, Sahib Kərimli və Səxavət Nəsibov Komitəyə yeni üzv seçiliblər. Sonra partiyalara edilmiş müraciətin nəticələri, Komitənin yerlərdə işinin təşkili və digər məsələlər müzakirə olunub, uyğun qərarlar qəbul olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?