"Notr-Dam-de-Pari" kilsəsində yanğın zamanı üç nəfər xəsarət alıb
Fransanın “Notr-Dam-de-Pari” kilsəsində baş vermiş yanğın zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, bu barədə Paris şəhər Yanğınsöndürmə Xidmətindən bildirilib.
Məlumatda yaralananlardan ikisinin polis, bir nəfərin isə yanğınsöndürən olduğu qeyd olunub. Onların yanğının söndürülməsi zamanı xəsarət aldıqları və yaralarının yüngül olduğu da vurğulanıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Xatırladaq ki, dünən “Notr-Dam-de-Pari” kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.
Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda