Nişan hazırlığında gözlənilməz hadisə: Bacısı oğlunun qızıllarını oğurladı, cəzası isə...
Salyan rayonunun Şorsulu kəndində baş verən hadisə zamanı bir qadın bacısı oğlunun və onun həyat yoldaşının qızıllarını oğurlayıb.
Minval.info xəbər verir ki, 38 yaşlı Sənubər Rəhimova (ad dəyişdirilib) bacısı qızının nişan hazırlıqlarına kömək etmək üçün onların evinə gedib. O, evdə tək qaldığı zaman, ümumi dəyəri 3 500 manat olan qızılları oğurlayıb.
Zərərçəkənlərin şikayəti əsasında Sənubər Rəhimova saxlanılıb və ona qarşı cinayət işi açılıb. Təqsirləndirilən şəxs həyat yoldaşının iki il əvvəl vəfat etdiyini və azyaşlı oğlunu tək böyütdüyünü bildirib. O, oğurladığı qızılları nişan konfetinin kağızına bükərək evinə aparıb və onları Kür çayının bəndinin altında gizlədib. Lakin polis əməkdaşları tərəfindən səhər saatlarında saxlanılıb.
Sənubər Rəhimova əməlindən peşman olduğunu bildirərək, azyaşlı övladına görə həbslə bağlı olmayan cəza istəyib. Zərərçəkən şəxs də oğurlanan qızılların geri qaytarıldığını və xalasına qarşı şikayətinin olmadığını deyib.
Məhkəmə qərarına əsasən, Sənubər Rəhimova doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, elektron qolbaq taxmaqla gecə saat 23-dən səhər saat 7-dək yaşadığı evi tərk etməməli və doqquz ay ərzində Salyan rayonunu tərk etməməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Klinikada şok mənzərə: Əməliyyat otağında qəssabxana qaydaları?
Şanslı bürclər üçün Avqust sürprizlərlə dolu olacaq: Yeni imkanlar qapıda!