Keçmiş həyat yoldaşını 25 min dollara öldürtmək istədi
Gürcüstanın Qardabani bölgəsində keçmiş həyat yoldaşını sifarişlə öldürməyi planlaşdıran bir şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Publika.az-ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. İstintaq zamanı müəyyən edilib ki, o, boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşını öldürtmək niyyətinə düşüb. Şübhəli şəxs tanışına müraciət edərək, bu işi 25 min ABŞ dolları müqabilində yerinə yetirəcək bir qatil tapmasını istəyib.
Gizli istintaq tədbirləri zamanı məlum olub ki, şübhəli cinayətin keçmiş həyat yoldaşının üç azyaşlı övladının anasının yanında olmadığı vaxt törədilməsini tələb edib. Axtarış zamanı onun evindən müxtəlif odlu silahlar, döyüş sursatları və tanışı ilə əlaqə saxladığı mobil telefon maddi sübut kimi götürülüb.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi üzrə istintaq aparılır. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, saxlanılan şəxs əslən azərbaycanlı olan Rəfi Orucov adlı şəxsdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cəlilabadda rüşvət qalmaqalının yeni detalları üzə çıxdı
Epşteynin ölümü ilə bağlı yeni iddia: intihar etməyib
İrandan Azərbaycana narkotik keçirmək cəhdi uğursuz oldu
Prokuror generalın qızının həbsini tələb edir
Bakıda qadın mağazada qızıl oğurluğu etdi
Gədəbəydə 17 yaşlı qızı qaçıran qardaşlara hökm oxundu
Bəxtiyar Dali məhkəmə qarşısında: yeni qərar açıqlandı