Nikaha daxil olmaq istəyən şəxslərin NƏZƏRİNƏ - QANUN DƏYİŞDİ
Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qaydaya dəyişiklik edilib.“Ölkə.Az” xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Məcəllənin 13-cü maddəsinin (Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi) 13.2-ci bəndinə təklif edilən dəyişikliklə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçiriləcək.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026