NETTY 2026-da nominantların seçimi başlayır
Azərbaycanın 21-ci Milli İnternet Mükafatı olan NETTY 2026-nın növbəti mərhələsi olan nominantların seçimi noyabrın 24-dən etibarən start götürəcək. Baku.ws-ın məlumatına görə, müsabiqədə 350-dən çox layihə iştirak edir və bu layihələr arasında final mərhələsinə keçəcək olanlar Ekspert Şurası və Virtual Münsiflər Heyətinin səsverməsi ilə müəyyənləşdiriləcək.
Müsabiqədə iştirak edən layihələr arasında 257 veb-sayt, 46 tətbiq və 51 sosial şəbəkə layihəsi mövcuddur. Ümumilikdə, iştirakçıların təxminən 70%-i “Rəqəmsal iqtisadiyyat, biznes və fintex” nominasiyasında yarışır.
Ekspert Şurası yeddi əsas nominasiyada layihələri qiymətləndirəcək və hər bir istiqamət üzrə ən çox səs toplayan üç layihə nominant olacaq. Virtual Münsiflər Heyəti isə “Virtual münsiflər heyətinin seçimi” nominasiyası üzrə üç nominantı seçəcək.
Səsvermə dekabrın 4-də başa çatacaq və nəticələr əsasında nominantların yekun siyahısı elan ediləcək. NETTY Akademiyası isə dekabrın 5-dən 15-dək qalibləri müəyyənləşdirəcək. Mükafatlandırma mərasimi dekabrın 16-da keçiriləcək.
NETTY 2026-nın rəsmi tərəfdaşları arasında AZINTELECOM və Bolt for Business, həmçinin bir çox başqa şirkətlər də yer alır. Müsabiqə ilə bağlı ətraflı məlumat netty.az saytında yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media müsabiqələrində yenilik: sosial şəbəkələrin rolu artır
Baku TV-nin Rus redaksiyası 5 illik yubileyini qeyd edir
HBO "Harri Potter" serialından ilk görüntüləri təqdim etdi
Media və Yayım Şurası 7-ci Dünya Media Sammitində iştirak edir
Media və Yayım Şurası: Jurnalistlərə hücumlar narahatlıq doğurur
Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılığı qınadı
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb