"Netflix", "Squid Game"də dəyişiklik edir: Saxta nömrələr ilə...

“Netflix” də yayımlanan “Squid Game”də göstərilən telefon nömrələrinin gerçək olduğu ortaya çıxandan sonra insanlar nömrələrin əsl sahiblərinə zənglər və mesajlar etməyə başlayıblar.
Minval.info xəbər verir ki, nömrə sahiblərini bu problemdən xilas etmək üçün bir addım atdığını ifadə edən “Netflix”, serialda göstərilən telefon nömrələrini etibarsız nömrələrlə əvəz edəcəklərini açıqlayıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Qeyd edək ki, “Squid Game” serialında çox borcu olan insanlara birlikdə ölümcül oyun oynamağı və nəticədə qalib şəxsin böyük miqdarda pul qazanacağı vəd edilir. Həmin insanları dəvət etmək üçün serialda onlara üzərində nömrə olan kart verilir. Həmin kartdakı nömrə çəkilişlər zamanı yoxlanılmayıb və indi 40 yaşlı Cənubi Koreyalı şəxsə aid olduğu bilinib.
Həmin şəxsin sözlərinə görə, gündə telefonuna təxminən 4 min zəng gəlir. Oyunun həqiqi olduğunu düşünüb qatılmaq istəyənlər, serialın fanatları və s. insanlar bu nömrəyə zənglər edir, mesajlar yazırdılar. Hətta şəxsin şirkətdən böyük pul qoparacağı da deyilirdi. Məlumatda o da qeyd olunurdu ki, “Netflix”in sözügedən şəxslə danışıqlıqlara başlayıb. Görünür şirkət artıq bu problemə çarə tapa bilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar