"Neftçi" - "Qarabağ" oyunu El Klasikoya görə tez start götürəcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib.
Minval.info çempionatın yayımçısı “CBC Sport” telekanalına istinadən xəbər verir ki, tura oktyabrın 27-də “Sumqayıt” – “Qəbələ” matçı ilə start veriləcək. Həmin qarşılaşma saat 16:00-da başlayacaq. “Sabah” və “Zirə” arasındakı günün digər oyunu saat 18:00-da start götürəcək.
Növbəti günün ilk görüşündə “Səbail” və “Keşlə” komandaları üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Tura mərkəzi qarşılaşma hesab olunan “Neftçi” – “Qarabağ” matçı ilə yekun vurulacaq. Turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandaların dueli saat 17:00-da start götürəcək. Bu görüşün erkən başlaması İspaniya La Liqasında El Klasiko adlandırılan “Barselona” – “Real Madrid” matçının saat 19:15-də başlaması ilə əlaqədardır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır