İnflyasiya təhlükəsi: Gündəlik xərclər artır!
Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında orta illik inflyasiya 5,7 faiz səviyyəsində qeydə alınıb. Bu müddət ərzində ərzaq, içki və tütün məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq məhsulları 3,7 faiz, xidmətlər isə 5,6 faiz artıb. Xüsusilə avqust ayında ərzaq qrupunda illik qiymət artımı 7,2 faizə çatıb.
Minval.info xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli 2027-ci il üçün inflyasiyanın 5,3 faiz səviyyəsində proqnozlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu proqnoz dünya əmtəə və ərzaq qiymətlərinin sabit qalması, manatın məzənnəsinin dəyişməməsi və tənzimlənən tariflərdə məhdud dəyişikliklərdən asılıdır.
Akif Nəsirli qeyd edib ki, Azərbaycan idxaldan yüksək asılı olduğu üçün dünya bazarında ərzaq, enerji, xammal və logistika xərclərinin artması daxili qiymətlərə təsir edə bilər. O, xüsusilə ərzaq inflyasiyasının əhalinin gündəlik xərclərinə daha ağır təsir göstərə biləcəyini vurğulayıb.
ƏLAQƏLİ
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
Ekspertin fikrincə, inflyasiyanın 5,3 faizə yaxınlaşması üçün dünya bazarında qiymətlərin sabitləşməsi ilə yanaşı, daxili bazarda rəqabətin gücləndirilməsi, ərzaq təchizat zəncirində vasitəçi xərclərinin azaldılması və yerli istehsalın artırılması da vacibdir. Əks halda, inflyasiyanın proqnozdan yüksək olması riski artır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
ADSEA daşqın və sel sularından mühafizə işlərini davam etdirir
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib