Bakı xatirələri: Sevgi məktubu və ailə qaydaları
Novxanı sakini Məsumə İsayeva, “O vaxtlar” verilişində uşaqlıq illərindən və o dövrün qonşuluq münasibətlərindən bəhs edib. O, həyat yoldaşı ilə tələbəlik illərində tanış olduğunu və yoldaşının ona maraqlı bir üsulla hisslərini bəyan etdiyini xatırlayıb. Məsumə xanım, “Yoldaşım gördü ki, məni istəyənlər var, ürəyini açdı. Rusca məktub yazdı ki, ‘əgər mənə “hə” deməsən, özümü dördüncü mərtəbədən atacağam’. Mən də inandım, dedim, yazıqdır, özünü dördüncü mərtəbədən atar. Həm qrup yoldaşım idi, həm də xoşuma gəlirdi. Nərimanov parkında ona “hə” dedim” deyə bildirib.
Minval.info xəbər verir ki, Məsumə İsayeva gənc yaşlarında ailəsinin və qardaşlarının qoyduğu qayda-qanunlara ciddi əməl etdiklərini və bu səbəbdən hisslərini evdəkilərdən gizlətməyə məcbur olduğunu deyib. “Biz atanın, ananın, qardaşların hökmü ilə yaşayırdıq. Ona görə qorxumdan qardaşlarıma heç nə demədim. Amma bircə dəfə anama gecə yatanda ağlaya-ağlaya danışdım. Çünki sevgi ürəkdən gələndə göz yaşı ilə birgə gəlir” deyə o, xatırlayıb.
Məsumə İsayeva, Bakı kəndlərinin xarakterik xüsusiyyətlərindən danışaraq, rayon yerlərində insanların bir-birinin arxasında dayandığını, lakin bakılılarda bu cür münasibətlərin fərqli olduğunu qeyd edib. “Rayon yerlərində insanlar bir-birinin arxasındadırlar, bir-birini müdafiə edirlər. Amma bakılılarda belə deyil. Düzdür, yaxşı insanlardır, amma bir-birinin arxasında dayanmırlar. Bir də görürsən, biri digərinə çəp baxdı, vəssalam, onunla da münasibət bitdi” deyə o, müşahidələrini bölüşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi