Azərbaycanda daha 90 məktəb təmayülə keçir
Azərbaycanda təmayül tədris modelinin tətbiqi genişlənir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun verdiyi məlumata görə, bu modelin tətbiq olunduğu məktəblərin sayı artırılacaq. O, İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində bildirib ki, bu məktəblərin nəticələri əvvəlki illərlə müqayisədə daha yüksəkdir və ali təhsil müəssisələrinə qəbul göstəriciləri ilə müqayisədə müsbət fərqlənir.
Minval.info xəbər verir ki, E. Bağırovun sözlərinə görə, layihənin əhatə dairəsinin genişləndirilməsi qərarı verilib və yaxın zamanda daha 90 məktəb bu layihəyə qoşulacaq. Artıq 16 minə yaxın valideyn müraciəti qeydə alınıb və həmin məktəblərdə tədris prosesinə başlanılıb. Ümid edilir ki, növbəti tədris ilinin sonunda bu məktəblər də yüksək nəticələr göstərəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Leyla Şıxlinskaya uzun fasilədən sonra səhnədə
Tünzalə Ağayeva və Nəsimidən möhtəşəm duet təqdimatı
Niyaməddin Musayevdən sağlamlıq sirri: Hər səhər idman!
Flora Kərimova: Afətlə barışmadım, yalan xəbərdir!
Porsche Cayenne üçün simsiz şarj Avropada satışda
Süni intellekt: Təhlükəsizlik və tənzimləmə çağırışları!
Yeni Sumqayıtda mənzillər: 12 000 manatdan başlayan fürsətlər!