“Neftçi”nin prezidenti keçmiş işçisini polisə verdi
“Neftçi”nin prezidenti Kamran Quliyev polisə müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, K.Quliyev sentyabrın 7-də Bakı Şəhər Baş Polis idarəsinə ərizə verərək keçmiş əməkdaşından şikayətçi olub. Klub prezidenti ərizəsində qeyd edib ki, bir müddət öncə klubun İT-şniki Kamran adlı əməkdaşı işdən çıxarıb. Həmin şəxs isə klubun veb səhifəsinin əsas idarəetmə panelini təhvil verməyib. Ona bir neçə dəfə bununla bağlı müraciət edilsə də, idarəetmə panelinin məlumatlarını verməkdən imtina edib.
Faktla bağlı “Qorotdel”də araşdırma aparılır.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib: “Həqiqətən belə bir hadisə baş verib. Həmin şəxs bizim klubda əvvəllər işləyib. Gedərkən isə saytın loqin və parolunu heç kimə verməyib. İndi də deyir ki, pul verin loqin və parolu verək. Bu səbəbdən də klub adından həmin adamı hüquq-mühafizə orqanlarına şikayət etmişik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026