“Neftçi”nin oyunu yarımçıq dayandırıldı
Bakının “Neftçi” klubunun Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci oyunu yarımçıq dayandırılıb.
“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” Rumıniyanın “Politexnika” (İaşi) klubu ilə üz-üzə gəlib.
Məlumata görə, oyun cəmi 11 dəqiqə sürüb. Görüşün keçirildiyi “Fənərbaxça Topuk Yaylası Resort and Sport” otelinin meydanındakı qarşılaşmanı davam etdirmək mümkün olmayıb. Buna güclü duman səbəb olub.
Xatırladaq ki, “Neftçi” ilk sınaq matçında “SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın “Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq “ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq Vətənə qayıdacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi