“Neftçi” Azərbaycan futbolu tarixində birdən üç rekord vurub
Bakının “Neftçi” komandası avrokuboklarda Azərbaycan klublarının üç rekorduna imza atıb.
APA-nın məlumatına görə, “ağ-qaralar” bu rekordlara Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda imza atıb.
Təmsilçimiz Moldovanın “Speranta” klubunu altı cavabsız qolla məğlub edib. Bununla da Azərbaycan klublarının ən böyükhesablı qələbəsini qazanıb.
Səkkizqat Azərbaycan çempionuna qədər heç bir komandamız qitə miqyaslı turnirlərdə belə fərqə nail olmamışdı.
Bunadək rekord 5 top fərqi idi. “İnter” (indiki “Keşlə”) Avropa Liqasının 2012/13 mövsümündə səfərdə Estoniyanın “Trans” klubunu 5:0 hesabı ilə məğlub edib. Beş il sonra “Qarabağ” eyni nəticəyə imza atıb. Ağdam klubu Çempionlar Liqasının ev oyununda Gürcüstan təmsilçisi “Samtredia”nı eyni hesabla üstələyib. “Neftçi” “Speranta” üzərində 6:0 hesablı qələbə ilə “Keşlə” və “Qarabağ”ın rekordunu arxada qoyub.
“Neftçi” həm də avrokuboklarda bir oyuna 5-dən çox qol vuran ilk komanda kimi düşüb. Bunadək “Qarabağ”, “İnter” və “Qəbələ” eyni oyunda beş dəfə fərqlənmişdi. Bakılılar isə Moldova klubunun qapısından 6 top keçiriblər.
İlk oyunda 3:0 hesabı ilə qalib gələn “Neftçi” iki matçın cəmində 9 top üstünlüyü qazanıb. Bu da Azərbaycan futbolu tarixində daha bir rekorddur. İndiyədək “Qarabağ”la “İnter” iki qarşılaşmada 7 qolluq üstünlük qazana bilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi