Neft qiymətləri ucuzlaşa bilər
Martın 31-də və aprelin 1-də OPEK çərçivəsində təşkil olunan müzakirələrdə gözlənilən qərarlar neftin qiymətlərinə təsirsiz ötüşməyəcək.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Türkiyə lirəsinin ucuzlaşmasından danışarkən deyib. O, türk lirəsinin yenidən dəyərdən düşdüyünü deyib:
“Hazırda 1 dollar 8,4 lirə səviyyəsində qərarlaşıb. Bu dəyişikliklərin Azərbaycan manatına təsir etməyəcəyi ilə bağlı Mərkəzi Bank sədrinin açıqlaması mövcud narahatlıqdan qaynaqlanır. O bunu neftin qiyməti ilə əsaslandırmaqla yenə də Azərbaycan iqtisadiyyatının xarici bazarlardan və şoklardan asılılığını etiraf edib. Nefti qiymətinə gəlincə, ona artırıcı təsir göstərən Suveyş kanalında 1 həftədir ki, tıxanan Ever Green gəmisi dünən hərəkətə gəlib, artıq kanal normal fəaliyyətə qayıdır. Təbii ki, bu, neft qiymətlərini az da olsa ucuzlaşdıracaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi