Neft bahalaşır
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsi ilə bağlı siyasəti ətrafında perspektivlərin qiymətləndirildiyi bir zamanda dünya bazarlarında neftin qiyməti 1%-ə qədər artıb.
“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 1,01% bahalaşaraq 100,1 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,67% artaraq 1 bareli 96,42 ABŞ dolları təşkil edib.
ABŞ-da inflyasiya səviyyəsi haqqında statistik göstəricilər birjalara güclü təsir göstərir. Belə ki, iyun ayının yekunlarına görə ABŞ-da illik inflyasiya 9,1% təşkil edib, bu isə 1981-ci ilin noyabr ayından sonra ən yüksək göstərici hesab olunur. Bu göstəricilər FED-in uçot dərəcəsini 100 baza bəndi səviyyəsində artıracağı ilə bağlı proqnozları dəstəkləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
Hindistanda bank soyğunçusu bibər tozuyla yaxalandı
Müəllimlərin maaşı 35 faiz artır!
Neftin qiyməti kəskin artdı: 108,71 dollar
Neftin qiyməti 100 dollara yaxınlaşır!
Birbank əməliyyatlarında yeni komissiya tətbiqi
Avropada qazın qiyməti 4 ilin zirvəsində!