Nazirlikdən məktəbin pəncərəsindən özünü atan qızla bağlı AÇIQLAMA

Təhsil Nazirliyi Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Baku.ws-ə verilən məlumata görə, 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın aldığı xəsarətlərdən dünyasını dəyişməsi ilə əlaqədar şagirdin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Eyni zamanda məktəb direktoru bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələri nümayəndələrinin hadisənin həssaslığını nəzərə almasını xahiş edir.
Məktəb direktoru məsələ ilə bağlı məlumatında bildirir ki, əvvəl 49 nömrəli “İntellekt” məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil alan Elina Hacıyeva 2018-ci ilin noyabr ayından 162 nömrəli tam orta məktəbə köçürülüb.
Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub, onun müxtəlif davranışları ilə bağlı özü və anası ilə məktəbin psixoloqunun iştirakı ilə bir neçə dəfə söhbət aparılıb, bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatı araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda evdə tapılan 4 meyitin 3-nün şəxsiyyəti məlum oldu
Adnan Oktar necə mason olub? - TƏFƏRRÜAT
Azərbaycanda hansı hərbçilərin maaşı artıb? - AÇIQLAMA
Bakıda hoteldə 14 yaşlı qızı zorlayan şəxs həbs edildi
Bahar Muradova da toyda iştirak edib?
Sahil Babayev narazı qazilərlə bağlı ilk dəfə danışdı