Nazirlik pensiyaçıları sevindirdi
Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.
Dövlət Sosial Müdafiə Fondundan “minval.info”-ya verilən məlumata görə, avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.
Fond avqust ayının 9-da Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini təmin edib.
Eyni zamanda, avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan əmək pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.
Pensiyaların maliyyə təminatı üçün tələb olunan maliyyə vəsaitlərinin Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi tam təmin olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda nə yeniliklər olacaq? - Baş mühəndis danışdı
Sürücülərin NƏZƏRİNƏ: Artıq bu kameralar da çəkir (VİDEO)
Abşeronda yeniyetmə qız yoxa çıxıb - FOTO
Bu ərazilərə qazın verilişi dayandırıldı
Şahin Mustafayev: “21 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulub”
Çörək yenə bahalaşacaq, un istehsalçılarına dotasiya verilməlidir
“ASAN xidmət”dən kimlər növbəsiz istifadə edəcək?