Nazirdən işdən öz ərizəsi ilə çıxanlara müjdə: "Onlara da işsizlikdən sığorta ödəniləcək”
“Martda 2 milyon 300 mindən çox insanın sosialyönümlü ödənişləri Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına vaxtından tez icra edilib. Apreldə də eynilə belə olacaq, qrafik açıqlanıb, sabahdan ödənişlərə başlanır”.
Musavat.com-un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında belə deyib.
S.Babayev öz ərizəsi ilə işdən çıxarılanların məsələsinə də toxunub: “Əvvəl əgər, vətəndaş öz ərizəsi ilə işdən çıxırdısa və ya onunla imzalanan müqavilənin müddəti başa çatırdısa, onlara işsizlik sığortası ödənilmirdi. Artıq bu istiqamətdə silsilə tədbirlər hazırlanır.
Qanunvericiliyə dəyişikliklər edildikdən sonra müddətli müqavilələr üzrə müqavilə müddəti bitən şəxslərə də işsizlikdən sığorta ödəniləcək”.
Nazir bildirib ki, il ərzində ən azından 20 min şəxs bu mexanizmlə əhatə olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026