Nazirdən ÇAĞIRIŞ: “Rusiya səfirlərini qovun!”
Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bütün Avropa dövlətlərini Rusiya səfirlərini ölkədən qovmağa çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə “Verslo Zinios” portalı məlumat yayıb.
Nazirin sözlərinə görə, Rusiya səfirlərinin Avropada saxlanması indiki halda praktiki olaraq mənasızdır. “Rusiya səfirlikləri artıq diplomatik idarə deyil, müharibə cinayətlərini ört-basdır edən və ümumiyyətlə, soyqırım gündəmini təbliğ edən təbliğat qurumundan başqa bir şey deyil ”, – deyə Qabrielius Landsberqis bildirib.
O, Litvanın hələ ötən ilin aprelində Rusiya ordusunun Buçada hərbi cinayətlər törətdiyi iddiasına cavab olaraq səfiri ölkədən çıxardığını xatırladıb. Bu ilin yanvarında isə Rusiya səfirləri Estoniya və Latviyadan qovulub.
Musavat.com
ƏLAQƏLİ
Makron Fransada yeni etiraz dalğasına qarşı təcili təhlükəsizlik iclası keçirir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İngiltərə kəşfiyyatı 30 il səhiyyə nazirini izləyib
Melonidən etirazçılara sərt tədbir: 5 ilədək həbs cəzası
Kiyev Rusiyanın İHA hücumuna məruz qaldı
Kolumbiyada 7,6 ton kokain ələ keçirildi