Nazir müavini taxta bazarındakı yanğından danışdı
Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev taxta bazarında baş verən yanğının söndürülməsinə FHN-nin texnikalarının gec gəlməsinə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, o bildirib ki, bu barədə yayılan məlumat yanlışdır:
“Yanğın yerində 3-4 dəqiqə aralıqda yerləşən bölməmiz var. Yanğın baş verən zaman əraziyə briqada cəlb edilib. Burada əsas məsələ suyun çatışmazlığıdır. İlk öncə su daşınma yolu ilə həyata keçirildi. Daha sonra isə su mənbəyindən magistral çəkildi, yanğın tam söndürüldü”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Nazir müavini bidirib ki, yanğının yayılma təhlükəsi yoxdur: “Taxtalar bir-bir boşaldılır və su vurulur ki, yenidən yanğın baş verməsin. Taxta bazarında baş verən yanğının səbəbi hələlik məlum deyil”.
E.Mirzəyev qeyd edib ki, Lənkəran, Lerik, Yardımlı, Şamaxı və digər rayonlarda yanğınların sayı kəskin artıb: “Yanğınların qarşısının alınması üçün işlər görülür”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var