Nazir döyüş hazırlığı ilə bağlı tapşırıqlar verdi - FOTO

Mayın 4-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun hərbi potensialının gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu konkret vəzifələri rəhbər heyətə çatdıran nazir əsas diqqətin bütün qoşun növ və qismlərinin, xüsusilə ön xətt bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.
Müdafiə naziri döyüş hazırlığı planına uyğun olaraq gecə və gündüz vaxtı real döyüş şəraitinə və ərazisinə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılması, gizli idarəetmə və maskalanmanın tələblərinə, ümumi təhlükəsizlik məsələlərinə, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməklə qoşunların operativliyinin, döyüş hazırlığının yüksəldilməsi, birlik və birləşmələrin silah, döyüş və xüsusi texnikasının yay mövsümündə istismar rejiminə keçidinin təşkili ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.
General-polkovnik Zakir Həsənov döyüş hazırlığının daha keyfiyyətli təşkili, hərbi peşəkarlıq səviyyəsinin artırılması, şəxsi heyətin hərbi vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsi məqsədilə ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi, habelə digər xidməti məsələlərin həlli ilə bağlı konkret göstərişlər verib.
ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib