Naxçıvanda bu ərazilər düşməndən azad edilib
“2018-ci ilin mayında düşmənin növbəti təxribatının qarşısının alınması zamanı Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı zamanı Əlahiddə Ümumqoşun Ordusu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirib. İyirmi altı kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər düşməndən geri alınıb, ümumilikdə 11 min hektar ərazi düşməndən azad edilib”.
Bunu hərbi prokuror Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirib.
Hərbi prokuror deyib ki, bu, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun düşmənin növbəti təxribatına verdiyi qətiyyətli cavabı və növbəti əzmli qələbəsidir: “Günnüt əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi gələcək qələbələrimizin müjdəçisi olan bu hadisə təcavüzkar Ermənistanda böyük rezonans doğurmaqla ölkə əhalisinin torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına ümidlərini artırıb, dövlət və ordu quruculuğu sahəsində Prezidentimiz tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin nə dərəcədə səmərəli və məqsədəmüvafiq olduğunu bir daha sübut edib”. APA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib