Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açıldı (FOTO)

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açıldı.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən Minval.info-ya verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Fuad Qənbərov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə olan “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.
F.Qənbərovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının 2-də tanışı Coşqun Əhmədovla birlikdə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi də müəyyən edilib.
Keçirilən tədbirlərlə C.Əhmədov şöbə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən Orxan Mirzəyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə heroin aşkarlanıb.
Faktlarla bağlı İmişli RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi

