Narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, əməliyyat zamanı Pirallahı qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Azər Şahşinov tutularaq istintaqa təqdim edilib.
Üzərində şəxsi axtarış aparılan zaman ondan külli miqdarda heroin, metamfetamin, satışı qadağan edilən psixotrop tərkibl tramadol və preqabalın həbi, eləcə də 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Azər Şahşinov ifadəsində Pirallahı və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı saxlanılan şəxsin ətrafında Pirallahı Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi