Narkotik əkən silahla tutuldu

“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Tərtər rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə narkotik tərkibli bitkilər yetişdirən şəxsdən silah da aşkar ediblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Minval.info-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Hüsənli kənd sakini Ceyhun Bağırov saxlanılıb. C.Bağırovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çəkisi 1 kiloqram 500 qram olan 7 ədəd çətənə bitkisi və evindən 1 ədəd qoşa lüləli tüfəng aşkar edilərək götürülüb.
Tərtər rayon Polis Şöbəsinin keçirdiyi digər tədbirlə rayon ərazisində odlu silah aşkar edən şəxs həmin silahı polisə təhvil verib. Şıxarx kənd ərazisində yerləşən su kanalından tapılan 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1000 ədəd 5.45 çaplı patronlar Polis Şöbəsinə təqdim olunub.
Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi
